Maraqlı

Quruyub çatlayan dirsəkləri yumşaltmaq üçün UCUZ VASİTƏ

11 Fevral 2018 22:12
2 Şərh     Baxış: 4 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havalar soyuduqca qalın dəriyə sahib dirsəklərimiz tamamilə quruyur və çat-çat olur. Bəs quruyan və çatlayan dirsəklərə nə etmək lazımdır? Milli.Az ailem.az-a istinadən bununla bağlı faydalı məsləhətlər verir.

Vazelin

Vazelin quru və qaşıntılı dirsəklərə fayda verən möcüzəvi bir vasitədir. Tərkibində xam neftdən istehsal olunan rəngsiz mineral var. Güclü nəmləndirici özəlliyi ilə quruyan dərini yumşaltmağa və quruluğunu aparmağa yardımçı olacaq.

Necə tətbiq etməli?

Hər gün yatmazdan qabaq dirsəklərinizi ilıq su ilə yuyun və qurudun. Dərisi yumşalan dirsəklərinizə vazelindən az miqdar vurun. Bu prosesi bir neçə gün təkrarlayın.

Kakos yağı

Tərkibində olan E vitamini dəridəki quruluğu azaltmaqla bərabər tünd və zədəli dərini normallaşdırır.

Necə tətbiq etməli?

Bir mikrodalğada isidəcəyiniz kakos yağını dirsəklərinizə yüngül hərəkətlə masaj edərək vurun. Beləliklə, yağ dərinizin dərinliklərinə nüfuz edəcək. Bu prosesi hər gün duşdann sonra yatmazdan qabaq təkrarlayın. Beləliklə, gün ərzində quruyan dirsəkləriniz yumşalmış olacaq. Kakos yağınız yoxdursa, bu müalicəni zeytun yağı, ya da badam yağı ilə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.