Maraqlı

Unikal əməliyyat: burnundan güllə çıxarıldı - FOTO

16 Dekabr 2017 12:20
1 Şərh     Baxış: 2 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qoraxpur şəhərinin sakini Tanver Əhməd Ənsari silahlı quldurların hücumuna məruz qalmışdı. Onu qarət edənlər Tanverin üzünə atəş açmışdılar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Hindistanın Mumbay şəhərində yaşanıb.

Tanverin sol gözü faktiki olaraq görmə qabiliyyətini itirmişdi. O, şəhərdəki müxtəlif klinikalara üz tutsa da, həkimlər müalicənin mümkünsüz olduğunu demişdilər.

Çox ağır vəziyyətdə "Jamshedjee Jeejeebhoy Hospital"a aparılan 23 yaşlı Tanver təcili müayinədən sonra dərhal əməliyyata məruz qalıb. Cərrahlar unikal əməliyyat keçirərək Tanverin burnuna girmiş 3 santimetr uzunluğundakı gülləni bir kəsik olmadan çıxarıblar.

Əməliyyata rəhbərlik etmiş cərrah Hrinivas Çavanın dediyinə görə, Ənsarinin burnundakı güllə onun sol gözündə ciddi fəsadlar yaratmışdı: "Əməliyyat ağır idi və kiçik səhv pasiyenti ömürlük kor qoya bilərdi. Ona görə çox diqqətlə, ehtiyatla davrandıq və gülləni çıxardıq. Modifikasiya edilmiş endoskopiyadan yararlandıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.