Maraqlı

Bitcoin almaq üçün ən rahat təlimat

16 Dekabr 2017 22:55
1 Şərh     Baxış: 2 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Satoşi Nakamoto 2009-cu ildə dünyanın ilk mərkəzdən asılı olmayan kriptoqrafik maliyyə şəbəkəsi olan bitcoin-i yaratdı. Bitcoin istifadəyə verildikdən sonra, insanlar çox cüzi etdikləri investisiyanın artdığının şahidi oldular. Məsələn, bir Norveçlinin 27 dollarlıq investisiyası cəmi 4 ildən sonra 886 000 dollara çatdı.

Hətta, belə hekayələr tez bir zamanda insanlar arasında yayılsa da, bir neçə il öncə kriptovalyutaya investisiya etmək ideyası gülməli səslənirdi.

Milli.Az moneta.az-a istinadən bildirir ki, 2017-ci ilin dekabr ayında bitcoin tarixi rekordunu yeniləyərək 17 000 dollardan yuxarı oldu və bugün investorlar bitcoin-ə ciddi investisiya aləti kimi baxırlar.

Bitcoin-nin dəyərinin yüksəlməsinə səbəb bir sıra iqtisadi faktorlar idi. Bu iqtisadi faktorlara dünyanın bəzi ölkələrində, əsasən də Venesuela və Çində kapitala nəzarətin və maliyyə tənzimləmələrin güclənməsi daxildir. Bu ölkələrin "nağd pulun xaricə çıxarılması ilə əlaqədar ciddi qaydaları" var və bitcoin-nin tənzimləmələrdən kənarda qalması investorlar üçün bu aktivi cəlbedici etmişdi.

Bitcoin-ləri ödəniş kimi qəbul edən şirkətlərin sayı durmadan artır.

Bitcoin tamamilə rəqəmsal olduğundan, bir çox insanlar bitcoin-i necə alacaqlarını bilmirlər. Bitcoin almaq üçün addım ba addım təlimatı təqdim edirik:

1. Banka bitcoin almaqla bağlı məlumat verin
Banklar hesabınızı şübhəli fəaliyyətlə əlaqədar dondura bilər. Bəzi şəxslər Bitcoin aldıqdan sonra bank tərəfindən hesablarının dondurulmasının şahidi olublar. Ona görə də ən yaxşısı bankı məlumatlandırmaqdır.

2. App-i yükləyin
Coinbase kimi app-i istifadə etmək rahatdır. Belə ki, vaxtımızın çox hissəsini mobil telefonla keçirdirik. Lakin, sizin mobil telefonun balaca ekranından xoşunuz gəlmirsə, o zaman Coinbase sizə kompüter vasitəsi ilə hesabınıza daxil olmağa imkan verir.

Hər hansı bir app və ya treydinq platforması seçərkən, onun nüfuzlu olmasına diqqət edin. Ən böyük faktorlar bunlardır:

Təhlükəsizlik. Bitcoin almaq üçün siz treydinq platformasını kredit kartı və ya bank hesabı kimi maliyyə informasiyası ilə təmin etmiş olursunuz. Buna görə də, özünüzə sual verməlisiniz ki, bu app və ya treydinq platforması mənim informasiyamı hansı səviyyədə qoruyur. App sizin rəqəmsal valyutanızı oflayn rejimdə saxlayır?
Xidmət haqqı. Bəzi treydinq platformaları kart əməliyyatları üçün yüksək xidmət haqqı tələb edirlər.
App-lər arasında ən məşhuru və Apple App Store-da ən çox yüklənən app Coinbase-dir.

3. Bank hesabınızı və/və ya kredit kart informasiyanızı təqdim edirsiz
Alqı-satqı və ya ticarət etməmişdən öncə sizin bu informasiyanı təqdim etməyiniz və hesabınızı təqdimləməyiniz lazımdır.

4. Qiymətləri izləyin
Yaxşı bir app və treydinq platforması sizə cari qiymətləri və dəyişikliklər trendini göstərməlidir. Bitcoin almaq qərarına gəldiyiniz zaman, sizə dəqiq alış qiyməti haqqında məlumat veriləcək.

5. App vasitəsi ilə al, sat və ticarət et
Siz bank hesabınız, kredit kartı və ya debit kartı vasitəsi ilə bitcoin-ləri alıb-sata bilərsiniz. Satan zaman kredit kartı və debit kart əməliyyatları ani olsa da, bank hesabları ilə bağlı əməliyyatlar bir neçə gün çəkər.

6. İqtisadi trendlər barəsində məlumatlı olun
İnvestiyanızı qorumaq üçün son bazar trendləri haqqında məlumatlı olmağınız vacibdir.

2018-ci il yaxınlaşdıqca, ekspertlər bitcoin-nin qiymətinin 4 dəfəyə qədər artacağını proqnozlaşdırırlar və növbəti ilin sonuna kimi 40 000 dollara çata bilər. Lakin, ekspertlərin sözünə çox da inanmayın. Əsas iqtisadi trendləri izləməkdə davam edin. Məsələn, ABŞ dollarının dəyər qazanması və dünyada kapital nəzarətinin ciddiləşməsi əsas iqtisadi trendlərə misal ola bilər.

Xülasə
Sonda, yadda saxlayın ki, siz sadəcə spekulyasiya ilə məşğul olursunuz - əsasən də, bugün bitcoin almaqla ümid edirsiz ki, sabah başqa bir nəfər həmin bitcoin-i sizdən daha yüksək qiymətə alacaq. Kriptovalyuta texnologiyasının (blokçeyn) dəyəri ola bilər, lakin bitcoin bu dəyərə sahib deyil. Əgər siz də Uorren Baffet kimi dəyər investorusunuzsa, o zaman səs-küyə aldanmadan öz işinizlə məşğul olmaqda davam edin.

Beləliklə, əgər siz Bitcoin almaq istəyirsinizsə, Moneta.az saytının "analitik qrupu" yuxarıda qeyd edilən addımları izləməyinizi, əziyyətlə qazandığınız pulun böyük hissəsini riskə atmamağınızı, xəbərləri daimi izləməyinizi və ən əsası bu işdən zövq almağınızı məsləhət görürük.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.