Maraqlı

Anadan 4 uşağına qarşı QANDONDURAN CİNAYƏT: uşaqlarını diri-diri... - FOTO

22 Noyabr 2017 23:14
5 Şərh     Baxış: 3 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəhşətli cinayətlər törədən qadın illər sonra polisə gedərək 4 övladını qətlə yetirdiyini deyib.

Milli.Az xəbər verir ki, 53 yaşlı Yaponiya vətəndaşı Mayumi Saito ölkənin qərb istiqamətində yerləşən Osaka əyalətində yaşayır. Qadın polis məntəqəsinə gedərək cinayətlərini etiraf edib və təslim olub.

Polisə verdiyi ifadəsində, qadın 1992-1997-ci illərdə dünyaya gətirdiyi körpələrini yaşadığı binanın aşağı hissəsində üzərlərinə beton tökərək basdırdığını deyib: "Maddi vəziyyətim yerində deyildi. Onlara baxa bilmirdim. Əziyyət çəkərək, acından öləcəkdilər. Anayam, onların əziyyət çəkməsini istəmədim".

Polis əməkdaşları ərazidə əməliyyat-axtarış tədbirləri keçirərkən, həqiqətəndə orada çürümüş cəsəd qalıqlarına rast gəliblər.

Qadının yaxınları ilə əlaqə yaratmağa çalışılsa da, heç bir nəticə olmayıb. Polislər 53 yaşlı qadını həbs edib.

Faktla bağlı cinayət işi açılıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.