Maraqlı

NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI - FOTO

20 Noyabr 2017 22:06
0 Şərh     Baxış: 2 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb.

Milli.Az xəbər verir ki, fırtınanın fotoları Yupiteri araşdıran "Yuno" kosmik gəmisi tərəfindən çəkilib.

Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.

Qeyd edək ki, Yupiterdəki fırtına 24 oktyabr saat 10:32-də qeydə alınıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.