Maraqlı

"Polat Alemdar"ı əvəz edən azərbaycanlı oğlan... - FOTO

20 Noyabr 2017 12:25
14 Şərh     Baxış: 10 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Babək Həsənzadə Hollivud filmində rol alan ilk azərbaycanlı aktyordur.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, 2008-ci ildən Türkiyədə, eləcə də xarici ölkələrdə bir çox film və seriallarda həm kaskadyor, həm də aktyor kimi çıxış edib.

Babək Ayulduz oğlu Həsənzadə 22 fevral 1990-cı ildə Lənkəran şəhərində anadan olub. 1996-2002 illərdə Lənkəran şəhərində Lənkəran xarici dillər gimnaziyasında təhsil alıb.

2002-2007 illərdə Lənkəranda "Lənkəran Özəl Türk Liseyi"ində təhsilini davam etdirib.

2007-ci ildə İstanbulda "Fatih Universiteti"nin siyasi-iqtisadi idarəetmə fakültəsinə qəbul olub (İngilis dilində təhsil alıb).

Uşaqlıqdan idmanın müxtəlif növləri, eləcə də kikboksla məşğul olub. Özünümüdafiə idman növləri üzrə professionallıq dərəcəsi var. Hətta 2008-ci ildə MMA qaydasız döyüş üzrə Azərbaycan birincisi olub.

Qeyd edək ki, məşhur aktyor "Kurtlar Vadisi Pusu" serialında baş rolun ifaçısı "Polad Alemdar"ın dublyor-kaskadyoru olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.