Maraqlı

Dollar işarəsi necə yaranıb? - FOTO

13 Noyabr 2017 08:59
1 Şərh     Baxış: 8 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar dünyanın bir çox ölkələrində dolların bahalaşması bu pul vahidinə diqqəti artırıb. Lakin bir çoxlarının dollar - $ işarəsinin necə əmələ gəlməsi haqqında məlumatı yoxdur.

Milli.Az xəbər verir ki, illər boyu bu haqda bir neçə nəzəriyyə ehtimal edilib.

Ən çox qəbul edilən mənbəyə əsasən ($) işarəsinin yaranması 1700-ci illərin sonlarında Amerikada inqilab dövründə əsas mübadilə vahidi kimi istifadə edilmiş İspan pesosuna köklənir. O zamana aid əlyazma sənədləri göstərir ki, Amerikada peso - PS işarəsi kimi qısaldılıb.

Güman edildiyinə görə, zaman keçdikcə bu qısaldılmış işarədə tez-tez S hərfi P hərfinin üstündə yazılıb. Bu isə $ simvolunun əmələ gəlməsinə gətirib çıxardıb. $ simvolu 1800-ci ildən sonra ilk dəfə sənədlərin çap versiyalarında ortaya çıxıb.

Habelə 1875-ci ildə ilk ABŞ kağız əskinazında dolların nəşr edilməsinə qədər ümumi istifadədə olub. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.