Maraqlı

Xristofor Kolumbun məktubunun surəti hərracda 751,5 min dollara satılıb

29 Sentyabr 2017 07:21
0 Şərh     Baxış: 1 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xristofor Kolumbun Amerikanın kəşfi ilə əlaqədar yazdığı və illüstrasiyalarla müşayiət olunan məktubunun nadir surəti ABŞ-da keçirilən hərracda 751,5 min dollara satılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nyu-Yorkun "Bonhams" satış evinin mətbuat katibi Kim Sun Xinin sözlərinə görə bu, hərraca çıxarılan belə lotlardan əldə edilən rekord gəlirdir.

Həmin məktub İspaniya xəzinədarı Araqon Qabriel Sançesə ünvanlanıb və ispan dilindən latın dilinə tərcümə edilib. İllüstrasiyaların birində dəniz səyyahının özü təsvir olunub. Kolumb kəşf etdiyi adaların Atlantik okeanında deyil, Hind okeanında olduğunu zənn etdiyindən məktubda xarakterik səhv buraxıb.

Satış evinin məlumatına əsasən, Xristofor Kolumbun bu məktubu 1493-cü ildə İspaniya, İtaliya, Fransa, İsveçrə və Niderlandda azı 12 dəfə, 1494-1497-ci illərdə isə daha 6 dəfə çap edilib. Son 80 ildə bütün dünyada cəmi dörd belə nümunə hərraca çıxarılıb.

Xatırladaq ki, dəniz səyyahı Xristofor Kolumb 1492-ci il oktyabrın 12-də "Ninya" və "Pinta" karavellalarında, həmçinin üçdorlu "Santa-Mariya" gəmisində Baham adalarına çataraq avropalılar üçün Yeni Torpaqları kəşf etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.