Maraqlı

Oyunlar üçün ən güclü prosessor göstərildi

28 Sentyabr 2017 07:22
0 Şərh     Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Intel" şirkəti kompüterlər üçün nəzərdə tutulmuş 8-ci nəsil yeni "Core" prosessorlarını təqdim edib. Ən məhsuldar modellərdən biri və ən güclü oyun çipi adlandırılan "Intel Core i7-8700K" prosessoru 6 nüvə və 12 hesablama axınına malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Intel" şirkətinin baş meneceri Anand Şrivas bildirib ki, 5 oktyabr tarixindən etibarən yeni məhsulları sifariş etmək mümkündür.

Şirkət ümumilikdə 6 yeni çip təqdim edib. Masaüstü istehsal xəttinə 4 ədəd 6 nüvəli və 2 ədəd 4 nüvəli prosessor daxil edilib: "Core i7-8700K" ($359) və "Core i7-8700" ($303), "i5-8600K" ($257 ilə) və "i5-8400" ($182), "Core i3-8350K" ($168) və "Core i3-8100" ($117). Təqdim edilmiş bütün yeni prosessorlar "Intel Optane" sürət yaddaşını dəstəkləyir, "LGA 1151" soketi və "Intel Z370" çipsetindən istifadə edir. Prosessorlar 10 nanometrlik texnoloji proses normalarına riayət edilməklə istehsal ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.