Maraqlı

Ən məşhur modellər ölümün 20 illiyində - FOTO

23 Sentyabr 2017 11:06
0 Şərh     Baxış: 1 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Milan şəhərində keçirilən "Milan Fashion Week" moda şousunda "Versace" brendinin yeni, "Spring/Summer 2018" kolleksiyasının nümayişi olub.

Milli.Az Page Six-ə istinadən bildirir ki, kolleksiyanın nümayişi başlayanda podiuma məşhur supermodellər - 47 yaşlı Klaudiya Şiffer, 47 yaşlı Naomi Kempbell, 48 yaşlı Helen Kristensen, 49 yaşlı Karla Bruni, 51 yaşlı Sindi Krouford, habelə 21 yaşlı Kendall Cenner və bacılar - 20 yaşlı Bella Hədidlə 22 yaşlı Cici Hədid çıxıblar.

"Versace" brendinin banisi, 1997-ci ildə qətlə yetirilmiş Canni Versaçinin ölümünün 20 illiyinə həsr olunmuş təqdimatda podiuma sonda brendin indiki sahibəsi, 62 yaşlı Donatella Versaçi də çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.