Maraqlı

Alimlər süni əzələ yaradıblar

23 Sentyabr 2017 08:21
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı alimlər tərəfindən yaradılmış süni əzələnin köməyilə insan öz çəkisindən 1000 dəfə ağır yük qaldıra bilər. Beləliklə, istehsalçılar gələcəkdə Terminatorun robot prototipini yarada biləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, süni əzələ 3D printerdə çap edilib. İstehsalçılar iddia edir ki, süni əzələ adi əzələ kimi sıxılır və genişlənir. Sınaq zamanı süni mexanizm vasitəsilə insanın öz çəkisindən min dəfə ağır yükü qaldırmaq mümkün olub.

"Biz "canlı" robotların yaradılması istiqamətində son maneələrdən birinin öhdəsindən gəldik" - Kolumbiya Universitetinin professoru Xod Lipson deyib.

Layihənin müəllifləri iddia edirlər ki, süni əzələ müxtəlif fəaliyyət sahələrində tətbiq edilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.