Maraqlı

Bu da müğənninin SARAY KİMİ EVİ - Dostunun ağzı açıq qaldı - VİDEO

22 Sentyabr 2017 00:45
2 Şərh     Baxış: 3 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Demet Akalının 18 milyon TL-yə (təxminən 9 milyon manat) aldığı evinin yeni görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, ifaçının evinə məşhur stilist və DJ kimi tanınan Kerimcan Durmaz qonaq olub. K.Durmaz dostunun saray kimi 4 mərtəbəli villasının bütün otaqlarını gəzərək videoya çəkib. Villanın görüntülərini instaqramda paylaşan Durmaz "Ev deyil, saraydır", - deyə qeyd edib.

Müğənni Demet Akalın əri Okan Kurtla birlikdə aldığı 18 milyonluq evi haqqında bunları deyib:

"Biz də normal ailələr kimi borca girmişik. Odur ki, qənaət etməliyik. Həftədə üç gün çalışacağam. Pul lazımdır. Çalışmaqdan şikayət etməyin. Çalışmaq şərəf və namusdur".

Qeyd edək ki, Beykozda təxminən 1,5 hektar ərazisi olan 4 mərtəbəli ev 7 otaq, 2 zal və hovuzdan ibarətdir. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu da müğənninin SARAY KİMİ EVİ - Dostunun ağzı açıq qaldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.