Uğurlu insan olmaq istəyənlər üçün 5 VACİB PSİXOLOJİ ŞƏRT - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikanın Standford Universitetində araşdırmaçı kimi fəaliyyət göstərən Emma Seppala uğur qazanmaq mövzusunda adı çəkilənlərin başında gəlir. O, məqalələrinin birində "Yüksək uğurların qazanıldığı çevrələrdə apardığım nəticələr məni belə bir qənaətə gətirdi ki, bir çox insan canı bahasına da olsa, uğur qazanmağın arxasınca düşür. Bu məqsəd uğrunda xoşbəxt olmağı təxirə salan insanlar ancaq uğura çatdıqlarında xoşbəxt ola bilirlər. Bu zamana qədərsə həm özlərini, həm də ətraflarındakı insanları incidirlər" yazıb.
Tarix boyu uğurları ilə digər insanlara ilham qaynağı olan insanların daim stress və sıxıntı içində olduğu heç kimə sirr deyil. Elm dünyası bunun tamamilə gərəksiz və yanlış baxış bucağı olduğunu deyir. E.Seppala isə xoşbəxtliyin hədəf qoyulduğu zaman insanın daha yaradıcı, məhsuldar, enerjili, xarizmatik və təsiredici qüvvəyə çevrildiyini deyir.
Siz də sıxıntı və stressdən uzaq durub, eyni zamanda uğurlu insan olmaq istəyirsinizsə, Milli.Az-ın təqdim etdiyi 5 şərtə əməl etməyiniz tövsiyə olunur.
Özünüzə həssaslığı inkişaf etdirin
Emma Seppalaya görə, insanın özünə bir dostuna göstərdiyi kimi münasibət bəsləməsi, şüurlu və kübar davranması insana məhsuldarlıq, çeviklik və yaxşılıq qazandırır. Böyük uğurlar və yaxşılıqlar əldə etmə istəyirsinizsə, zehninizi də bu vəziyyətə hazırlamağınız lazımdır.
Öz-özünüzə söylədiyiniz cümlələrə diqqət edin
Bir işi pis formada gördüyünüzdə "nə qədər axmağam!" demək yerinə, özünüzə daha kübar davranın. Özünüzü təsəlli etməyə cəhd göstərin və yenidən başlayın.
Özünüzə məktub yazın
Duyğularınızın üzə çıxdığı və sizə narahatlıq verdiyi durumlarda bir dostunuza yazırmış kimi özünüzə məktub ünvanlayın. Bu ilk başda qəribə gələ bilər, ancaq məsələlərə kənardan baxmağa çox yardımçı olacaq.
Özünüzə məxsus cümlə tapın
Unutmayın ki, çəkdiyimiz əzablar və çətinliklər həyatın bir parçasıdır. Bu zamanlarda özünüzə qarşı incə davrana biləcəyiniz və ehtiyacınız olan həssaslığı təmin edən bir cümlə deməyə çalışın: "Mən bunun öhdəsindən gələcəm. Zamanla hər şey həll olacaq" kimi.
Gündəlik şükranlıq siyahısı tərtib edin
Araşdırmalar şükür etməyin insanda fiziki dəyişikliklər yaratdığını və həyatın yaxşı yönlərini görməyi asanlaşdırdığını ortaya çıxarıb. Bu səbəbdən hər gün şükür etməyiniz lazım olan sahib olduğunuz ən az 5 şeyin siyahısını tutun. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
-
Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Smartfonun dinlənildiyini necə anlamaq olar?
-
Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
-
Pul dərhal yoxa çıxır: tez-tez borc içində olan BÜRCLƏR
XƏBƏR LENTİ
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
-
Tacir Şahmalıoğlu toyda xanımına elə hərəkət etdi ki... - FOTO
-
PSJ - "Arsenal": Heyətlər açıqlandı
-
Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO
-
Arne Slot istefaya göndərildi
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Çempionlar Liqasının finalından öncə kütləvi dava
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
-
Siyəzəndə körpü uçdu
-
Ədliyyə Nazirliyi tender elan edib
-
Əməkdar artist vəsiyyətini açıqladı
-
PSJ - Arsenal oyununu bu kanallardan izləyə bilərsiniz
-
Mərkəzi Bank təlim xidmətləri üçün tender elan etdi
-
“Qarabağ” “Beşiktaş”la qarşılaşa bilər





