Maraqlı

62 yaşında vəfat edən Harun Kolçak kimdir?

20 İyul 2017 19:24
4 Şərh     Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pop musiqiçi və bəstəkar Harun Kolçak 62 yaşında vəfat edib. Sənətçi təxminən 3 ildir ki, prostat xərçəngindən əziyyət çəkirdi.

O, çərşənbə axşamı günü İstanbulda, müalicə olunduğu Maslak Acıbadem Hastanesi-ndə vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənətçinin həkimi professor Oktar Asoğlu deyib ki, Kolçağın ölümünə səbəb xərçəng nəticəsində yaranmış böyrək çatışmazlığı olub.

Doğan Xəbər Agentliyinin məlumatına görə, Kolçağın əlaqədə olduğu Arpej Müziği şirkətinin sahibi Umut Şimali sənətçinin böyrəklər çatışmazlığı şikayətlərinin başladığını izah etdi.

"62 yaş son bir ilini ulduz kimi yaşadı"

Xəstəxana qarşısında verdiyi açıqlamada Umut Şimali itkisilə bölüşüb.

"Çox dəyərli bir musiqiçi, çox qiymətli bir sənətçi ... tanıdığıma çox xoşbəxt olduğum bir insanı itirdim. Uzun zamandır mübarizə etdiyi prostat xərçənginin bədəndə yaratdığı fəsadlar yavaş-yavaş onu bitirməyə başlamışdı".

Umut Şimali mərhumun ağrılardan əziyyət çəkdiyini deyib.

Cənab Şimali Kolçağın son bir ildir ki, xərçənglə mübarizə apardığını bildirir.

Onun sözlərinə görə bu ərəfədə sənətçi çıxışlarının sayını azaltmışdı.

"Konsert verdi, amma onların sayını mümkün qədər az olmağa çalışırdıq. Səhnədə o qədər xoşbəxt olurdu ki, 62 yaşında son bir ilini ulduz kimi yaşadı".

2014-ci ildə xərçəng diaqnozu qoyulandan sonra keçirilmiş əməliyyat onun kareyarasında fasilələrə səbəb olub.

2016-ci ildə onun xəstəliyi təkrar inkişaf etməyə başlayıb.

Harun Kolçak kimdir?

Harun KolçakFotonun müəllifi@HRNKLCKMUSİC

1955-ci ildə İstanbulda dünyaya gələn Harun Kolçak, kino sənətçisi Eşref Kolçağın oğludur.

O, atası sayəsində sənətçilər mühitində böyüyüb və uşaqlıqdan musiqi aləminə yaxından bələd olub.

Erkin Korayla çalışaraq musiqi karyerasında ilk addımlarını atan gənc, Onno Tunç Orkestrası-nda 7 il ərzində bas gitaraçı və vokalist olub.

70-ci illərdə caz musiqisinə üz tutan Kolçak, Aydın Esen, Neşet Ruacan, Nükhet Ruacan və Erol Pekcan kimi məşhurlarla işləyib.

O, 1991-ci ildə Onno Tunçla birgə özünün ən məşhur "Gir Kanıma" adlı albomunu yaradıb.

Tunçun vəfatı ardından sənətçi İskender Paydaşla "En Büyük Aşk", "Korkuyorum", "Derman Olayım", "İnsan Gülerken Ağlar" kimi kompozisiyaları üzərində çalışıb.

2012-ci ildə Kolçak "Yenidən Doğuyorum" adlı solo albomunu buraxıb.

2013-ci ildə isə o, Can Güney, Yusuf Tunceli və Orkun Gezerlə birlikdə Harun Kolçak & Rock Off adlı qrupunu qurur.

Kolçak müxtəlif beynəlxalq festival və müsabiqələrin mükafatlarına layiq görülüb.

Məşhur sənətçi, 1996-cı ildə Litvada 13 ölkənin iştirakı ilə keçirilən Müzikos Festivalis Nerinos Vasara 96 yarışmasında "Ən Yaxşı İkinci Müğənni" adını qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.