Maraqlı

Xərçəngdən xilas olmaq üçün ümidverici araşdırma

20 İyul 2017 21:15
0 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng xəstələrinin həkimlərinə ən çox soruşduqları sual xərçəngin yayılıb yayılmayacağıdır. Amerikalı və çinli alimlərin apardığı yeni bir araşdırma bu suala cavab verə bilər. Alimlər bəzi xərçəng xəstəlikli şişlərdən alınan genetik məlumatı təhlil ediblər və araşdırıblar. Nəticədə xərçəng xəstəlikli şişə rast gəlinən bir zülalın, xərçəngin yayılıb yayılmayacağına dair məlumat verə biləcəyini müəyyən edib. Həmin zülalın səviyyəsi yüksəkdirsə, xərçəngin iki il ərzində yayılma riski də yüksəlir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu kəşfin mənbəyi, Hepatit B və qaraciyər xərçənginin geniş yayıldığı Asiyadakı xəstələrdir. Dünya Səhiyyə Təşkilatına görə, Asiyada Hepatit B-nin yol açdığı qaraciyər xərçəngi halları, kişi və qadınlarda ən çox ölümə səbəb olan xəstəlikdir.
 
Dünyadakı Hepatit B xəstəsi iki milyard insanın dörddə biri qaraciyər xərçəngindən tələf olur. Honq Konq elm adamları qaraciyər şişi hüceyrələrindən nümunələri təhlil edərək, bu hüceyrələrdən bəziləri yüksək miqdarda karboksipeptidaz E ya da CPE zülalı daşıdığını müəyyən etdi.
 
Milli Uşaq Sağlamlığı və insan İnkişafı İnstitutundakı elm adamları da eyni zamanda belə bir nəticəyə gəldi və CPE bir başqa növü olan CPE Delta Ni-ni tapdı. Bu zülalın sayəsində xərçəngin yayılıb yayılmayacağı müəyyən edilə bilər və müalicə müddəti qısala bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.