Maraqlı

Övladlığa götürdüyü uşaqların vətənində xəstəxana açdı

13 İyul 2017 15:48
1 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madonna övladlığa götürdüyü dörd uşağın doğulduğu Malavidə uşaq xəstəxanası açıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 58 yaşlı müğənni 50 yataqlıq xəstəxananın açılışını 11 yaşlı malavili qızı Mersi Ceymslə birgə edib.

Qızının adı verilən "Pediatrik cərrahiyə və reanimasiya İnstitu"nun qarşısında tədbir də keçirilib. Madonna qızına sarılaraq oan sevgisini nümayiş etdirib.

Qeyd edək ki, müğənni 2006-cı ildə "Raising Malawi" adlı bir fond quraraq Afrika ölkəsindəki uşaqlara yardım kampaniyası başlatdı. O, "Harada olurlarsa, olsunlar. Yardıma ehtiyacı olan uşaqların gözlərinə baxanda onlara kömək etmək üçün edə biləcəyiniz hər şeyi etmək istəyirsiniz" demişdi.

Madonnanın 11 yaşlı övladlıq oğlu Devid Bandanı və bu yaxınlarda götürdüyü dörd yaşlı əkizlər də Malavidəndir. Onlardan başqa müğənnini  Lurdes və Rokko adlı iki doğma övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.