Maraqlı

İdeal qadın necə olmalıdır?

14 İyun 2011 09:08
Baxış: 4 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 66 000 kişi arasında aparılmış sorğu onların ideal qadın deyərkən nəyi nəzərdə tutduğunu üzə çıxarıb: sən demə, ideal qadın uzunsaçlı, mavi gözlü sarışındır. Onun boyu 172 santimetr olmalı, aylıq qazancı o qədər də yüksək olmamalıdır. Bu xanımın "əla sevgili" olması da vacibdir.

İdeal qadın 42 ölçülü paltar geyməli, çəkisi 60 kiloqramı ötməməli, hərdən eynək taxmalıdır.  Kişilərin əksəriyyəti aylıq qazancı onunkindən çox olan qadınla görüşmək arzusunda deyil. Bundan başqa, ideal qadın siqaret çəkməməli, bəzən spirtli içki qəbulundan imtina etməməli, şəxsiyyətli, nikbin olmalıdıpr. Onun övladı olmamalıdır.

Eyni tədqiqatçılar hələ bir müddət əvvəl qadınların gözündə ideal kişinin necə olduğunu da müəyyənləşdirmişdi. Tədqiqat göstərmişdi ki, əksər qadınlar "ideal kişi", deyərkən yaxşı qazanan, "Mercedes"də gəzən və bahalı, dəbdəbəli evdə yaşayan kişiləri nəzərdə tutur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.