"Runway Riot" saytının baş redaktoru, dünyanın ən məşhur plus-size modellərindən olan İskra Lourens "Simply Be" brendinin yeni kolleksiyasının reklamına çəkilib.
Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərənin Vuster şəhərində doğulmuş 26 yaşlı model vücudundan əsla narazı olmadığını deyib.
"Bədənimdən razıyam və arıqlamaq niyyətində də deyiləm. Qadın hər halında gözəldir", - İskra Lourens söyləyib.
İskranın retro stilində, 1980-ci illərin ruhundakı kolleksiyanın reklamındakı fotolarını təqdim edirik.
Milli.Az