Maraqlı

Saqqallı Konçita Vurst intihar edəcək - FOTO

14 Fevral 2017 12:18
11 Şərh     Baxış: 4 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Batinimdəki qadın alter-eqosu artıq özünü tükədib. Yeni obraz yaratmağı düşünürəm. Konçita ilə vidalaşmaq fikrim var. Bunu intihar da saya bilərsiniz".

Milli.Az bildirir ki, "Konçita Vurst" kimi tanınan avstriyalı müğənni Tomas Noyvirt Almaniyanın Welt am Sonntag qəzetinə verdiyi müsahibəsində belə deyib.

"Konçita ilə birdəfəlik vidalaşmaq, yeni fərdi imic yaratmaq zamanıdır. Eurovision-da qələbədən sonra saqqallı qadın istədiyi hər şeyə çatdı. Bu saqqallı qadın artıq mənə gərək deyil. Son zamanlar özümdən yaman şübhələnməyə, bədgüman olmağa başlamışam. Bu səbəbdən də Konçita Vurstun "intihar"ına, yeni obrazın yaradılmasına qərar vermişəm. Konçitanı öldürməliyəm", - müğənni deyib.

Onun sözlərinə görə, kişi olmaq qərarına gəlib və artıq yeni imici üzərində çalışır.

Tomas Noyvirt "Konçita Vurst" obrazında 2014-cü ildə Eurovision müsabiqəsində qələbədən sonra məşhurlaşıb. O, müsabiqənin finalında "Rise Like a Phoenix" mahnısını ifa etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.