Maraqlı

Burakdan nişanlısı ilə arasını vurmaq istəyən kainat gözəlinə CAVAB - FOTO

6 Fevral 2017 10:21
31 Şərh     Baxış: 12 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin məşhur aktyoru, "Kara Sevda" serialının qəhrəmanı Burak Özçivit Dubaydan qayıdıb. 

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, aktyorun qayıdan kimi ilk işi nişanlısı Fahriye Evcen ilə romantik selfi çəkdirmək olub. Onların sevgi dolu fotosu maraqla qarşılanıb. Foto 900 minə yaxın adam tərəfindən bəyənilib.

Burak ilk dəfə Fahriye ilə birlikdə çəkilən fotosunu yayıb. Bu foto maqazin dünyası tərəfindən iranlı model Mahlagha Jaberiyə cavab kimi qiymətləndirilib.

Qeyd edək ki, kainat gözəli seçilən Mahlagha Jaberi Burakın bütün şəkillərini bəyənib. O, fotoya "yaraşıqlısan, səni sevirik" kimi şərhlər yazıb, nişanlısı ilə arasını vurmaq istəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.