Maraqlı

Azərbaycanın az tanınan 5 gözəl dağ kəndi - FOTO

15 Dekabr 2016 13:13
15 Şərh     Baxış: 18 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 1719 kənd ərazi dairəsi və 4260 kənd var. Bu kəndlərdən bəziləri hətta dünyada belə məşhurdur. Ölkəmizdə dağ kəndi deyərkən, təbii ki, ağlımıza ilk Xınalıq kəndi gəlir.

Milli.Az sey-yah.com-a istinadla Azərbaycanın az tanınan 5 gözəl dağ kəndini təqdim edir:

1. Sarıbaş kəndi, Qax

Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km şimal-qərbdə, Əyriçayın hövzəsində yerləşir. Qışı sərt, yayı isə sərt-mülayimdir. Yüksək dağlarla əhatə olunub.

2. Cek kəndi, Quba

Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Qubanın 43 kilometr cənub-qərbində, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub. 2009-cu ilin oktyabr ayının əvvəllərində baş vermiş torpaq sürüşməsi ilə Qudyalçayın qarşısının kəsilməsi nəticəsində göl yaranıb. Bu gölü ceklilər "İşğın" gölü adlandırırlar. "İşğın" cek dilindən tərcümədə "torpaq sürüşməsi" deməkdir.

3. Qalacıq, İsmayıllı

Kənd rayon mərkəzindən 30 km şimal-qərbdə, dağ ətəyində yerləşir. Qalacıq yaxınlığındakı çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd əhalisinin sayı 2502 nəfərdir. Onu da qeyd edək ki, məşhur "Ögey ana" filmi bu kənddə çəkilib.

4. Parakənd, Gədəbəy

Kənd Gədəbəydən 15 km aralıda, dağların qoynunda yerləşir. Burada 2 minə yaxın insan yaşayır. Kənd sakinləri əsasən maldarlıq və əkinçiliklə məşğul olur. Parakənd Çaldaş, Leşkər və Daryurd kəndləri ilə qonşudur. İllər əvvəl burada zəngin insanlar yaşadığı üçün kəndin adı Parakənd qalıb.

5. Siyov, Lerik

Meşələrlə əhatə olunmuş dağların qoynunda yerləşən kəndlə bağlı, təəssüf ki, internetdə məlumat azdır. Siyov kəndi ilə bağlı vikipediyada qeyd olunur ki, burada xüsusilə Taxus baccata iynə yarpaqlı ağacları geniş yayılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.