"Sadəcə, yatmaq istəyirəm" - dünyanı vizasız dolaşan səyyah Bakıya gəldi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Üç gündür ki, yatmıram. Daha doğrusu, düz üç sutkadır. Sadəcə, yatmaq istəyirəm. Yatmaq... Bakıda polislər çox mehriban, qayğıkeşdir. Əvvəl sənədlərimi yoxladılar, çantama baxdılar, sonra səyyah olduğumu biləndə yemək, pul təklif etdilər. Hətta otelə aparmaq istəyən də oldu. O biri insanlar da belə. Çox qayğıkeş insanlarınız var".

"Vizasız səyyah", "dünyanı vizasız dolaşan adam" kimi tanınan Qazaxıstan vətəndaşı Sergey Bondarenko Bakıdadır.
Milli.Az bildirir ki, Sergey Bondarenkonu məşhurlaşdıran onun səyahətə pulsuz, vizasız yollanmasıdır.
Sergey indiyədək yol maşınlarından yararlanaraq 14 ölkəni dolaşıb.
"Olduğum ölkələrdə mənə ən çox yardım edən polislər idi. Bəli, təəccüblənməyin. Çində olanda küçədən keçən insanlar mənə, belimdəki çantama təəccüblə baxır, sonra pul və yemək verirdilər. Soyuq günlərdə otellərə girir, hollda qalırdım. Orada oturmağıma icazə istəyirdim. Lakin hər dəfə məni nömrələrdə yerləşdirirdilər, pul da almırdılar. Çində olduğum 26 gün ərzində çox şəhəri dolaşdım. Yalnız Urumçinin, Pekinin və Kunminin adları yadımda qalıb", - S. Bondarenko söyləyib.

Daha sonra o, Laos, Kamboca, Tailand, Nepal, Malayziya, Birma, Vyetnam, Monqolustanda olub.
Bir qədər keçəndən sonra isə Sergey Belarus, Ukrayna, Gürcüstanı dolaşıb, indi də Bakıdadır.
Sergeyin sözlərinə görə, dünyanı dolaşmaq niyyətindədir və səyahətlərinə bir dollar da xərcləmir.

"Bu, prinsip məsələsidir. Dünya ölkələrini pulsuz, avtostop yolu ilə dolaşmağın mümkün olduğunu sübut etmək istəyirəm. Səyahətim barədə kitab yazıram, - söyləyən unikal səyyahın sözlərinə görə, hələlik evlənmək, ailə qurmaq niyyətində deyil. - Səyahətim başa çatmayınca evlənməyəcəyəm. Həyatımı səyahətə həsr etmək istəmirəm. Bu macəra sonrakı həyatımın, işlərimin bünövrəsidir. Çünki kimsənin etmədiyi, bacarmadığı işi gerçəkləşdirməklə özümü tanıtmaq istəyirəm. Ailə isə səyahətimin yarımçıq qalmasına yönəlmiş potensial təhlükədir. İndi kimisə sevsəm, kiməsə vurulsam, qalmalı, səyahəti dayandırmalı olacağam. Doğrudur, bəzən çox qüssələnirsən, kədərlənirsən, sevgi istəyirsən. Amma tənhalıq da mənə bəsdir. Təbii, gələcəkdə ailəm, övladlarım olacaq. Amma indi məqsədim başqadır. Qazaxıstanın bayrağını bütün dünya ölkələrindən keçirmək istəyirəm".

Sergey Bondarenkonun sözlərinə görə, bəxtəvərdir.
"Bəli, bəxtəvərəm. Çünki yeni yerləri gəzirəm, yeni insanlarla tanış oluram, arzumu gerçəkləşdirirəm. Səyahətim ən azı iki il davam edəcək. Sonrakı planlar barədə hələlik danışmaq istəmirəm. Milli.Az-a da minnətdaram ki, mənimlə maraqlanırsınız. İndisə, icazənizlə, yatmaq istəyirəm. İnanın, üç sutkadır yatmıram".

Bunu deyən Sergey seçdiyi "yatağına" uzandı və ədyalı başına çəkdi...
Orxan Hun
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında





