Payız romantikası haqqında deyilmiş ən gözəl ifadələr - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payız romantikası haqqında deyilmiş ən gözəl ifadələr -
Qəlbdən və pəncərədən pis havanı xilas edən frazalar...
Milli.Az publika.az-a istinadən yazıçı və digər məşhurlarların payız haqqında maraqlı fikilərini təqdim edir.
"Günəş və külək doğrudan da ruhlandırır. Amma yağış üstün gəlir. Axı kim tozun içində rəqs etməyi arzulayar? Və ya günün altında öpüşməyi?" Sintiya Barnett
"Dizaynerlər məni yaz kimi geyindirmək istəyir. Amma mən özümü bahar kimi hiss etmirəm. Mən özümü isti qızıl payızda hiss edirəm". Merilin Monro
"Payız hər yarpağın çiçək olduğu ikinci bahardır". Alber Kamyu
"İlk payız küləyi ilə həyat yenidən başlayacaq". Frensis Skott Fitcerald
"Payız qoxusu gəlir. Mən Rusiyanın payızını sevirəm. Onda kədərli, xoş, gözəl və qeyri-adi nə isə var. Onu götürüb durnalarla harasa uçmaq olar". Anton Pavloviç Çexov
"Payız ilin ən heyranedici son təbəssümüdür". Uilyam Brayant
"Qış qravüra, bahar - akvarel, yay yağlı boya, payız isə hər üçünün mozaikasıdır". Stenli Xoroviç
"Payız gözəldir! Mənim qəlbim onunla kəbin kəsdirib və əgər mən quş olsaydım, onda Yer ətrafında uçaraq növbəti payız axtarışına çıxardım". Corc Eliot
"Oktyabr! İlahi, o mənim çox sevdiyim aydır, onu yeməyə və qoxusunu nəfəsimə çəkməyə hazıram. Ah, bu qiyamçı və kədərli ay... Baxın, onunla görüşündən yarpaqlar necə qızardı. Oktyabrda dünya alova bürünüb". Rey Bredberi
"Oktyabrın ikinci yarısında dünyadan təzə bişmiş piroq kimi qoxusu gəlir". Elis Hoffman
"Yeri gəlmişkən, çiçəklər payızda daha təmtəraqlı və parlaq olur, yayda isə daha tez ölürlər". Erix Mariya Remark
"Payız sanki isti şam yeməyi kimidir, hansı ki, hər şey iştaha ilə verilir və sən səhər yuxudan hələ tam ayılmayıb, ona baxmaq istəmirsən". Harper Li
"Noyabr mənə həmişə Norveç kimi görünürdü". Emili Dikinson
"Mən çox şadam ki, oktyabrın olduğu dünyada yaşayıram!" Lüsi Montqomeri
"Oktyabrda yarpaqlar artıq saralıb, solanda hava boz və tutqun olanda torpağı görməmək üçün başını arxaya çevirmək və buna inanmaq olar ki, "Hələ sevinclidir, hələ də yaydır". Yevgeni Zamyatin
"Siz Nyu-Yorku payızda sevmirsiniz? Mən onun gəlişi ilə hər dəfə məktəb ləvazimatları almaq istəyirəm. Əgər sizin adınızı və ünvanınızı bilsə idim, mən sizə təzə yonulmuş bir dəstə karandaşlar göndərərdim". Nora Efron
"Payız hiyləgər yaya bir təpik atdıqdan sonra (Bu, hər dəfə sentyabr ayının ortalarında belə olur) o, çox darıxdığın dost kimi qonaq gəlir. O, uzun müddətli, həm köhnə dost kimi sevdiyin kreslonda oturaraq nahardan sonra sənə bu vaxta kimi harada olduğu və son görüşdən bəri nə ilə məşğul olduğu haqqında danışır". Stiven Kinq
"Havanın kifayət qədər sərin, günəşin isə sifətini öpərək səni oyandırdığı ideal payız günlərindən biri idi...". Anita Daytmant
Payızın iki səhvsiz səsi var: Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi..." Hel Borland
"Hər payızda mən yenidən çiçək açıram". Aleksandr Sergeyeviç Puşkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
XƏBƏR LENTİ
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər





