Maraqlı

"Çılpaq qız" davası bitdi

13 Sentyabr 2016 08:40
1 Şərh     Baxış: 4 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vladimir və Nadejda adlı əcnəbi cütlük 6 il əvvəl aktrisa Hülya Koçyiğit və Selim Soydanın evində köməkçi kimi işə başlamışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa qızının köməkçilərin hovuza çılpaq girdiyini iddia etməsinin ardından, onları işdən qovub və məhkəməyə verib.

Köməkçilər də eyni zamanda məhkəməyə şikayət edərək, cütlüyün onları işdən qovmasının əsl səbəbini açıqlayaraq, təzminat istəyiblər. 500 dollara işləyən Vladimir və Nadejda maaşlarını artırmağı istədikləri üçün Hülyanın onları evdən qovduğunu deyib. Cütlük iş saatından çox çalışdıqlarını, amma bunun qarşılığının ödənilmədiyini bildirib.

Sonuncu məhkəmədə Nadejda və Vladimirin vəkili "Selim Soydanlə razılığa gəldik" deyib. Hər iki tərəf məhkəməyə ərizə verərək, geri addım atdıqlarını bildiriblər.

Selim cütlüyün alacağı məbləği çek formasında ödəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.