Maraqlı

Hava proqnozu gözəli ayaqlarını bəyənmir - FOTO

27 Aprel 2011 18:32
Baxış: 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı bildirir ki, Böyük Britaniyanın İTV telekanalında hava haqqında məlumatları oxuyan Kler Nəsir arıqlamaqda qərarlıdır. Onun dediyinə görə, son 4 ay ərzində bədənini 4 ölçü kiçildə bilib.

GMTV telekanalının sabiq ulduzu, indisə gərgin şou-biznes həyatını bir qədər səngidərək "sakitləşən" Nəsiri arıqlamağa vadar edən başlıca məqam onun fotoşəkillərindən biridir.
40 yaşlı teleaparıcı həmin şəkildəki görkəmini bəyənmir. Axı necə də bəyənsin: fotoda sallaq qarınlı, vücudu sellülitli, ağır bir qadın vardı.

"İndi arıqlayıram və əvvəlki vəziyyətimi almağa çalışıram. Ayaqlarımı bəyənmirəm. Onlar çox piyli, kök və yöndəmsizdir", - Kler Nəsir deyib.

Onun sözlərinə görə, 2009-cu ilin noyabrında qızı Sienna doğulandan bəri fitneslə məşğul olur.

Milli.Az







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.