Zanbaq əkilmiş tarlaların kənarlarına yığışan on minlərlə insan sanki rəssam əli ilə çəkilmiş rəngarəng mənzərəni syr edir, sevinir, əylənirlər.
Yığılaraq dünyanın dörd bir yanına göndərilməzdən əvvəl ətrafda şıq rəngli xalılar təsiri bağışlayan bu tarlalar Hollandiyanın fəxridir. Ölkə hər il 3 milyona yaxın zanbaq ixrac edir. İxracatın böyük qismi ABŞ və Almaniyanın payına düşür.
Bundan başqa, hər il Hollandiyada 3 milyarda yaxın zanbaq soğancığı yetişdirilir və müxtəlif ölkələrə satılır.
Hollandiyanın Haarlem və Leyden şəhərləri arasındakı zanbaq tarlaları isə "De bollenstreek" adlanır.
Milli.Az










