Maraqlı

Mercedes-dən ən sürətli sportkar - FOTO

17 İyul 2016 20:55
1 Şərh     Baxış: 2 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mercedes-Benz" sportkar "AMG GT R" təqdim edib. Avtomobilin rəsmi təqdimatı Hudvudda sürət festivalında keçiriləcək. O, "Mercedes-AMG" brendi altında buraxılıb və model sırasında "AMG GT S" və "Black Series AMG GT" arasında yer tutacaq. Yeniliyin əsas rəqibinin "Porsche 911 GT3 RS" olduğu bildirilir. Avtomobilin istehsalı Zindelfinqendəki zavodda həyata keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, "GT R"-i təkmilləşdirilmiş 4,0-litrlik benzin V8 mühərriki ilə təchiz ediblər. Bu mühərrik elə "AMG GT S" modelinə də quraşdırılıb və o, 503 a.g.-ə malikdir. Lakin təkmilləşdirmədən sonra o, 585 a.g.-ə malik olub. Aqreqat 7-pilləli sürət qutusu ilə birgə işləyir və 100 km/saatı 3,5 saniyəyə yığır. Maksimal sürəti isə 318 km/saatdır.

Avtomobilin xarici görünüşü yürüş üçün nəzərdə tutulan "Mercedes-AMG GT3"-ə bənzəyir. Sportkar böyük hava çıxıntıları, enli təkər arkaları, yeni bamperlər, yan ətəklər, böyük palçıq qoruyucuları və arxa diffuzor alıb. Avtomobil, həmçinin 19-düymlük qabaq və 20-düymlük arxa döymə təkər diskləri ilə təchiz edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.