Maraqlı

Dünyanın ən kiçik kitabları haradadır? - FOTO

15 Aprel 2011 21:54
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Guardian"a istinadən bildirir ki, macar kolleksioner David Tari dünyanın ən miniatür kitablarından ibarət kitabxananın məhz onda olduğunu iddia edir. Tarinin 1972-ci ildə toplamağa başladığı kolleksiyada 4500 kitab var.

Onların arasında dünyanın ən kiçik kitabı hesab edilən, ölçüləri 2,9 x 3,2 mm olan əsər də yer alıb. Kolleksiyadakı kitabların əksəriyyəti macar dilində olsa da, ABŞ, Meksika, Kanada, Avstraliya, İndoneziya və Yaponiyada çap edilmiş kitablara da rast gəlmək olar.

Tari ölçüləri 76 mm-dən artıq olmayan kitabları topladığını deyir.
Onun kolleksiyasında 4500 kitabla yanaşı, 15 miniatür qəzet də var. Həmin qəzetlərin arasında dünyanın ən kiçiyi hesab edilən, ölçüləri 19x26 mm olan qəzet xüsusi yer tutur.

Milli.Az













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.