Zülal pəhrizi - ən effektli pəhriz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zülal pəhrizi ən effektli pəhriz sayılır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu pəhrizin əsas üstünlükləri arasında:
- çəki tez azalır,
- insan aclıqdan əziyyət çəkmir,
- pəhrizdən sonra itirilmiş çəki qayıtmır,
- piy kütləsi "əriyir", əzələ kütləsi yığılır.
Zülal pəhrizinin effektliyinin sirrini izah edək:
1. Bütün qəbul etdiyimiz qida əsasən yağlar, karbohidratlar və zülallardan ibarətdir. Artıq yağlar və karbohidratlar orqanizmdə piylərə çevrilir və yığılır, zülallar isə piylərə çevrilmir.
2. Zülalların mənimsənilməsinə orqanizm daha çox enerji sərf edir.
3. Zülalla zəngin olan qidalar daha tez toxluq hissi yaradır və insan özünü daha uzun müddət ərzində tox hiss edir.
4. Pəhriz zamanı insan əziyyət çəkmir, ac qalmır. Bu səbəbdən pəhriz qurtardıqdan sonra insan yeməyin "üstünə atılmır" və bu da əldə olunmuş nəticəni saxlamağa imkan verir.
Züllallarla zəngin olan qidaların bir çoxu həmçinin yağlarla da zəngindir - yağlı ət, balıq, pendir və s. Bu səbəbdən pəhriz zamanı yağlılığı az olan məhsullar seçilir. Bu məhsullar arasında:
- diyetik ət növləri (toyuq əti, dana əti, dovşan əti)
- yağsız süd
- yumurta ağı
- yağsız balıq (tunes, forel, qorbuşa, treska, xek və s.)
- yağsız pendir, kəsmik, bio-yoqurt.
Bundan pəhriz zamanı əlavə tərəvəzləri (kələm, soğan, xiyar, pomidor, gül kələmi, bibər və s.), paxlalıları (lobya, noxud, mərci), gün ərzində 1-2 tikə diyetik çörək, 1-2 turş alma və ya portağal, kivi yemək olar. Qidaların porsiyaları 150-200 qr təşkil edir.
Qidanı gündə 5 dəfə qəbul etmək, gün ərzində 1,5-1,8 l təmiz su içmək lazımdır.
Zülal pəhrizi 1-2 həftə ərzində saxlamaq olar.
Diqqət! Nəzərə almaq lazımdır ki, zülal pəhrizi yalnız cavan, sağlam və hərəkətli insanlar üçün nəzərdə tutulub. Böyrək xəstəlikləri, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı bu pəhrizdən istifadə etmək olmaz.
Pəhrizlə yanaşı mütləq idman və ya bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
"Dr.Gülü"dən yeni şikayət - "Tikişi bağlamayıblar" - (Video)
-
Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları aşkarlanıb - (Foto/Video)
XƏBƏR LENTİ
-
Turistləri "peşman edən" yerlər: Dünyanın ən çox xəyal qırıqlığı yaradan 10 mərkəzi
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)
-
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq
-
Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
-
DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı





