Maraqlı

Ancelina Coli övladlarından narahatdır - FOTO

28 Yanvar 2016 23:59
4 Şərh     Baxış: 4 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ancelina Coli uşaqlarının gələcəkdə onun peşəsini davam etdirməsini istəmir.

Bu yaxınlarda Ancelina Colinin uşaqları öz istedadını göstərdilər. Belə ki, aktrisanın uşaqları Paks, Zahara, Şeyla və Poks "Kunq-fu Panda-3" cizgi filminin səsləndirilməsində iştirak etdilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Coli uşaqlarının bu istedadından danışıb. Onun sözlərinə görə, cizgi filminin səsləndirilməsində bir ailə kimi işləmək ona böyük zövq verib. Ancelina Coli etiraf edib ki, uşaqları öz işinə məsuliyyətlə yanaşıb:

"Onlar öz işini mükəmməl səviyyədə görməyə çalışırdı. Ümumiyyətlə, bu proses çox şən keçdi. Onların bu işi ciddi qəbul etməsi təqdirəlayiqdir. Uşaqlar bu təklifi eşidəndə əvvəlcə razı olmaq istəmədilər, onlar işlərinin öhdəsindən layiqincə gələ bilməyəcəklərindən qorxurdular. Nəticədə, hər şey yaxşı alındı".

Maraqlıdır ki, aktrisa övladlarının gələcəkdə onun və həyat yoldaşının peşəsini davam etdirməsini istəmir:

"Ümid edirəm ki, bu baş verməyəcək. Biz onlara həmişə deyirik ki, siz aktyor olmaq istəsəniz də, əlavə peşəniz olmalıdır".
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.