Maraqlı

Azərbaycanda onlayn seks-şop açıldı - FOTO

12 Oktyabr 2015 12:57
21 Şərh     Baxış: 6 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ilk dəfə onlayn xidmət göstərən seks-şop açılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, seks-şop öz fəaliyyətini Facebook sosial şəbəkəsi üzərindən həyata keçirir.

Belə ki, xüsusi olaraq yaradılmş səhifədə bildirilir ki, intim oyuncaqlar sifariş verdikdən sonra 3-4 həftəyə kuryer vasitəsi ilə evə çatdırılır. Bu zaman sifarişçi özü barəsində məlumatları da qeyd etməlidir.

Onu da xatırladaq ki, Bakıda seks-şopun açılması ilə bağlı məsələ ötən il qaldırılmışdı. Almaniyanın "Fun Factory GmbH" şirkəti bu işi həyata keçirməyi planlaşdırsa da, sonradan heç bir nəticə olmadı.

Səbəb kimi Azərbaycan əhalisinin belə bir mağazanın yaradılmasına qarşı kəskin reaksiyası oldu, əhali bu tipli məhsulların satışının həyata keçirilməsini milli-mənəvi dəyərlərimizə zidd addım kimi qiymətləndirmişdi.

Qeyd edək ki, oxu.az bununla bağlı Bakıda sorğu keçirdmişdi. Vətəndaşlar Bakıda seks-şopun açılmasına etiraz etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.