Kağızlardan "Yaşıl dağ" yaratdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün IDEA İctimai Birliyi, "ASAN xidmət" və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantıların toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl dağ" sosial aksiyası keçirilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, ətraf mühitin mühafizəsi naminə keçirilən aksiyada Dövlət Agentliyinin sədri İnam Kərimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və vətəndaşlar iştirak ediblər.
Dövlət Agentliyinin sədri İ.Kərimov çıxış edərək qeyd edib ki, Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı sosial aksiyaları ilə tanınır. Budəfəki birgə təşəbbüs ilə baş tutmuş aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Cari ilin may ayından etibarən "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində 90 tona yaxın kağız tullantısı təhvil alınıb və təkrar emala verilib.
Daha sonra çıxış edən insan hüquqları üzrə müvəkkil E.Süleymanova vurğulayıb ki, kağız tullantıların bir yerə toplanması ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması üçün çox vacib təşəbbüsdür. Layihəyə dəstək məqsədilə yüzlərlə vətəndaşın bu təşəbbüsün iştirakçısına çevrilməsi təqdirəlayiqdir.
Sonda 3000-ə yaxın aksiya iştirakçısı özləri ilə gətirdikləri kağız tullantılarını təhvil verərək "yaşıl" gələcək üçün çağırış edib və "Yaşıl dağ" aksiyası çərçivəsində 20 tondan çox kağız yığılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
XƏBƏR LENTİ
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma





