Günümüzdə də, aktuallığını qoruyub saxlayan "Qara dəlik" haqqındakı fikirlər, insanlarda maraq yaratmaqdadır. "Qara dəliyin" olması haqqqında ilk təsəvvürlər çox qədim zamanlara qədər gedib çıxsa da, Albert Enşteyinin "Nisbilik nəzəriyyəsin"dən sonra bu mövzu öz aktuallığını daha da artırdı. İlk dəfə "Qara dəliyi" elmi olaraq izah edən amerikalı alim Con Veler olmuşdur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Qara dəliyin" ulduzun daxilində yaranması, hidrogenin Günəşin təsirindən yandırılması zamanı ulduzun daxilinə işığı salması nəticəsində, yaranan kölgədən mənbələnir. Böyük ölçülü ulduzlarda daha çox Günəş düşən tərəfin əksində yaranması müşahidə edilməkdədir.
Molekulyar müqayisədə ölçüləri ilə, "Qara dəliyin" kütləsi tam fərqlənir. Belə ki, kiçik ölçülü olsa belə, "Qara dəliyin" ağır kütləsi olur. Ona ağırlıq verən isə, onun daxilində 300 000 km/saat sürətlə hərəkət edən işıq fotonlarının cazibə qüvvəsidir.
"Qara dəliyin" ətrafında baş verən kiçik və ya yüngül partlayışlara elmi dildə, "horizon"lar deyilir. Maraqlı cəhət budur ki, həmin bu yüngül "horizonlar" birdən "Qara dəliyin" daxilində məhv olaraq, qəfildən gözəgörünməz olur.
Araşdırmaçılar ilk əvvəllərdə yalnız bir "Qara dəlikli" qalaktikanı müəyyən etmişdilər. Onun adı Milky Way-dır. Lakin sonralar, astronomiya və astrofizika alimlərinin təkmilləşdirdikləri alətlərin hesabına, qalaktikada 25 milyona yaxın böyük və kiçik ölçülü "Qara dəliyə" malik ulduzların olduğunu təsbit etdilər.
Alimlərin ulduzların daxilindəki, "Qara dəliklər"in bir və ya birdən çox olduğunu, 2004-cü ilə qədər bilmirdilər. Lakin daha sonra, kosmik araşdırmalar və orbitlərlə müşahidə zamanı, bu günə qədər təsbit edilmiş 7 nəhəng "Qara dəlik"li ulduzun daxilində 1300-ə qədər kiçik ölçülü "Qara dəliklər"in olduğu müəyyən edildi.
Daha bir maraqlı sual bundan ibarətdir ki, kiçik ölçülü ulduzların daxilindəki "Qara dəliyi" necə müəyyən etmək olar?
Elmi cavab belədir ki, orbitlər vasitəsi ilə, radiasiya nəticəsində onun radarına düşən şüalar nəticəsində hətta kiçik ulduzların daxilindəki "Qara dəlikləri" müəyyən etmək olur.
Kvant mexanikasına görə, "Qara dəliklər"i yalnız udmaq və buraxmaq olmaz. Bunun təsdiq edilməsi və təcrübədə göstərilməsi isə, Stephen Hawing tərəfindən 1974-cü ildə, daha geniş tətbiqi öyrənildi və "Qara dəliklər"in radiasiya şüaları ilə öyrənilməsi, bu alimin şərəfinə adlandırıldı. Günümüzdə isə, təkmilləşdirilmiş teleskoplar vaistəsi ilə, "Qara dəliklər"i daha rahat tapmaq və tətbiq etmək mümkündür.
Alimlər müasir dövürdə ulduzların daxilinə sirayət edərək, "Qara dəliklər"i daha yaxından araşdırmaq istəyirlər. Lakin "Qara dəliyi" araşdırmaq üçün ulduzun daxilində bir dənə də, "Ağ dəlik" tapmalıdırlar ki, tədqiqat işlərindən sonra, ulduzun daxilindən çıxa bilsinlər...
Milli.Az





