Maraqlı

Wikipedia kitablara çevrilərsə, nə olar? - FOTO

17 İyul 2015 12:29
0 Şərh     Baxış: 568
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyanın ən populyar onlayn məlumat mənbəsi Wikipedia ensiklopediyasındakı məqalələri kitab təki təsəvvür edə bilərsinizmi?

Çətindir. Amerikalı Maykl Mandiberq də belə düşünürdü və günlərin birində o, eksperiment aparmaq qərarına gəlib.
Milli.Az CBS-ə istinadən bildirir ki, yazdığı xüsusi proqram vasitəsilə o, Wikipedia-da hazırda mövcud olan məqalələr arasından 11594743-nü kitablara çevirib.
Sonucda 7473 cildən ibarət "Wikipedia kitabxanası", onlayn-ensiklopediyanın təxmini, utilitar vizuallaşması alınıb.

Mayklın dediyinə görə, 1 qeqabaytda təqribən 1000 kitab həcmində məlumat var.
Nyu-Yorkda yaşayan Maykl onu da vurğulayıb ki, hazırda Wikipedia ensiklopediyasında 1 petabayt, yəni 1 milyon qeqabayt həcmində məlumat var.
Bu isə 1 milyard kitab deməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.