Maraqlı

Tül pərdə necə yuyulur? - MƏSLƏHƏT

14 İyun 2015 20:40
1 Şərh     Baxış: 11 537
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Havalar isinib, yenilənməyə hazır olmalıyıq. Artıq evin ən vacib aksessuarlarından olan tül pərdələri təmizləmək vaxtıdır. 

Onlarla müxtəlif növləri olan pərdələrin hər növü üçün fərqli təmizlik üsulları var. Əsasən açıq rəngləri olanlara üstünlük verilən tül pərdələr tozu daha çox hopdurduğundan  təmizliyi vacibdir. Bəs onları necə yumalı? 
Milli.Az lent.az-a istinadən tül pərdələrin yuyulma qaydasını təqdim edir. 
 
Tül pərdələrinizi maşında yumaq istəyirsinizsə, isti su istifadə etməyin. 30 dərəcədə yuyun. Naxışları içəridə qalacaq şəkildə qatlayıb maşına qoyun. 
 
Əldə yuyarkən ilıq su və yuyucu toz istifadə edin. Bir dəfə suyu dəyişdirib təkrar yuyun. 
 
Saralmış pərdə necə yuyulur?
 
Vannada yuyucu toz qarışdırılmış su hazırlayın və içinə 1 stəkan ammonyak əlavə edin. Pərdəni 2 saat bu suda saxlayın. Duru su ilə yuyun və günəşdə qurudun.
 
Tül pərdəni ütüləməyə ehtiyac yoxdur.  Düzgün yuyub qurudandan sonra asa bilərsiz.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.