Maraqlı

Xərçəng xəstəliyini bir neçə dəfə məğlub etmiş qadın

22 Yanvar 2011 20:01
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu 99 yaşlı ingilis xanım Ellen Makdonald sübut edib. 1911-ci ildə doğulmuş xanımda ilk dəfə 1950-ci illərin əvvəllərində süd vəzinin xərçəngi aşkarlanıb. Nəticədə onun hər iki döşünü kəsiblər.
Bir neçə ildən sonra qadının sidik kisəsində bədxassəli şiş üzə çıxıb. Bu şiş də uğurla kəsilərək götürülüb.
1963-cü ildə Ellenin bağırsağında əmələ gəlmiş şişin kəsilməsindən sonra onun yaşayacağına inananlar çox az idi. Hətta qadının yatdığı palataya keşiş də dəvət olunmuşdu. Amma necə deyərlər, "sən saydığını say..."
İndi qarı özünü əla hiss etdiyini bildirir. Mütəxəssislər isə möcüzənin səbəbini genlərdə görür. Onun əmisi oğlunun 107 yaşı var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.