Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mer şəhəri "Twitter" vasitəsilə idarə edir
27 Aprel 2015 22:05
0 Şərh
Baxış: 3 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniyanın kiçik Xun şəhərinin meri - informasiya cəmiyyətinin və "birbaşa demokratiya" texnologiyalarının həvəskarı olan bu şəxs artıq dörd ildir ki, şəhəri "Twitter" sosial şəbəkəsi vasitəsilə idarə edərək, şəhər xidmət orqanları və əhali arasında əks-əlaqədə mikrobloqların ideal alət olduğunu sübuta yetirir.
Xose Antonio Rodriqo Salas 2011-ci ildə mer postuna seçildikdən sonra şəhər əhalisinin hamılıqla "Twitter" şəbəkəsində akkaunt hesab açması və onu meriyada təsdiq elətdirməsi üçün təşviqat aparmağa başlayıb. Hər istifadəçi bələdiyyə idarəsi tərəfindən təsdiqlənmiş şəxsi əlaqə xətti alıb. Bu xətt istifadəçiyə gündüz və ya gecənin istənilən vaxtı merə və ya bələdiyyə məmurlarına istənilən mövzu ilə bağlı müraciət etmək imkanı yaradır. İstifadəçinin məmurların səhifəsinə belə daxil olmasına ehtiyac yoxdur. Onun öz "tvit"ində müraciət etdiyi məmurun adını yazması ilə qarşı tərəf daxil olmuş müraciəti dərhal görəcək.
Məmurun müraciətə cavab verməsi və ya onu bilavasitə icraçıya ötürməsi də "Twitter"də görünür. Bütün bunlar tam aydın və aşkarlıq şəraitində, nəinki şəhər əhalisinin, həm də sosial şəbəkənin dünya auditoriyası qarşısında baş verir. Beləliklə, sosial şəbəkə ilə sakinlərin şəhər telefon xidmətlərinin anonim dispetçerlərindən zəng etmələri və müraciətlərinə dair hansı tədbirin görülməsi barədə məlumatsız qaldıqları adi kommunikasiya sistemi arasındakı təzad göz qabağındadır.
Şəhər əhalisi "Twitter" vasitəsilə şəhər şurasının onlayn rejimində keçirilən iclaslarında iştirak edə bilər. Merin sözlərinə görə, mikrobloqqinq şəhər administrasiyasının vaxtına və puluna qənaət edərək effektiv, sürətli və pulsuz kommunikasiya kanalı təqdim edir.
Çox şey vəd edən bu sosial eksperiment barədə bu günlərdə "Huffington Post" texno-bloqunda da yazılıb. Mikrobloqlar vasitəsilə idarə olunan "İnanılmaz Xun" şəhəri haqqında məqalədə belə bir nümunə də verilir: şəhər sakini merə müraciətində yaşadığı küçədə fənərin sındığını yazır. Bir neçə dəqiqədən sonra mer ona təşəkkür edir və fənərin təmirinin tapşırıldığı elektrik ustanın adını verir. Səhəri gün isə usta öz "tvit"ində təmir olunmuş fənərin fotosunu qoyur.
Amerika müəllifləri qeyd edirlər ki, ABŞ-da bəzi məmurlar "Twitter" vasitəsilə vətəndaşlara cavab verirlər. Lakin bu, istisnadır və bu barədə qəzetlərdə xəbər verilir. Xun şəhərində isə mer Xose Antonio Rodriqo Salas sosial şəbəkədə öz seçicisinin "tvit"inə cavab verməsə, qəzetlər yazacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşar makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi