Maraqlı

Brabus tüninqində Mercedes-Benz - FOTO

13 Fevral 2015 20:38
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Seriyalı kompakt və qənaətcil krossover "Mercedes-Benz GLA 220 CDI" tamamilə eksklüziv avtomobilə çevrilə bilər. Bunun üçün isə onun satışdan sonra hazırlanması ilə "Brabus" atelyesi məşğul olmalıdır. 

Milli.Az auto.az-a istinadən bildirir ki, "Mercedes-Benz"-in model sırasında ən kiçik yolsuzluq avtomobilinin kompleks tüninq proqramı yeni asılqandan, dəbli təkərlərdən, gücləndirilmiş mühərrikdən və yenilənmiş salondan ibarətdir. 

Avtomobilin unikallığını tamamlamaq üçün tüninq mütəxəssisləri geniş xüsusi aksesuarlar dəstini hazırlayıblar. Opsional "AMG Sports Package" paketi olan "Mercedes GLA" yenidən işlənmiş bamperlər, yan kandar əlavələri və damın sonunda yerləşdirilmiş ikinci spoyler sayəsində daha aqressiv görünür. 

Avtomobil, həmçinin 18-düymlük 2-rəngli disklər, 4-borulu qazburaxma sistemi və banın əsas qırmızı rənginə təzad yaradan çoxlu sayda qara detallarla təchiz edilib. 

Qara dəri və qara alkantara ilə işlənmiş salonda qırmızı tikişlər, 2-rəngli xalılar, alüminium pedallar və qapı kandarlarında göy işıqları olan əlavələr görmək olar. "D3" modulu 2,1-litrlik dizel mühərrikinin gücünü 40 a.g. və 60 Nm artırır. 

Nəticədə 210 a.g. və 410 Nm krossoveri 100 km/saata 8 saniyəyə çatdırır, maksimal sürət isə 220 km/saatdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.