Maraqlı

Türkiyədə məşhurların "çakralarını açan" azərbaycanlıya şok

14 Yanvar 2015 13:45
0 Şərh     Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə bir çox tanınmış şəxslərin yoqa ustası olan azərbaycanlı Akif Manafın 13 ilə kimi həbsi tələb edilir. Anspress-in məlumatına görə, "enerji ötürürəm", "çakralarını açıram" deyə qadınları cinsi istismara məruz qoyan yoqa ustası Akif Manaf haqqında iddianamə hazırlanıb. O 4 ildən 13 ilə kimi həbs edilə bilər.

58 yaşlı yoqa ustası qadınların şikayətindən sonra ötən ilin yayında saxlanılmışdı.

İddianamədə belə deyilir: "Şikayətçi qadın müttəhim tərəfindən verilən yoqa dərslərinə qatılmağa başlayıb. O, daha sonra eyni mərkəzdə çalışmağa başlayıb. Qadın ona oxumaq üçün müxtəlif kitablar verildiyini, yerə uzanması deyilərək əl ilə bədəninə toxunlduğunu, yarıhuşsuz vəziyyətdə cinsi münasibətə vadar edildiyini deyib. Daha sonra onlar birlikdə yaşamağa başlayıblar. Lakin bir müddət sonra şübhəlidən uzaqlaşmağa başlayıb. Buna görə də təzyiqlər başlayıb".

Qeyd edək ki, bundan əlavə 11 qadın və kişi də A.Manafdan şikayət edib.
Aralarında Mehmet Əli Erbil, Okan Karaca kimi bir çox tanınmış müştəriləri də olan Akif Manaf fırıldaqçılıq, şantaj etmə, təhdid etmə və cinsi istismarda təqsirli bilinirdi.

Məlumata görə, Akif Manaf 1958-ci ildə Azərbaycanda doğulub. Moskvada ali təhsil alıb. Fəlsəfə doktoru adı alandan sonra isə Hindistanda professor adı qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.