Maraqlı

Məşhur təzə bəylə gəlin göründülər - FOTO

29 Sentyabr 2014 09:43
0 Şərh     Baxış: 2 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış aktyor, Hollivud ulduzu Corc Kluni ilə Britaniyanın populyar vəkillərindən olan Əmal Əlamuddin toydan sonra ilk dəfə reportyorların qarşısına çıxıblar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şənbə günü toyları olmuş 53 yaşlı təzə bəylə 36 yaşlı gəlin Venesiyadakı Böyük Kanalda katerə əyləşərək gəzintiyə çıxıblar.

Kluni və Əlamuddin toylarının olduğu "Aman Canal Grande" otelini tərk edəndə onları reportyorların gözlədiklərini bilirdilər.
 

Xatırladaq ki, 53 yaşlı Hollivud ulduzu və 36 yaşlı vəkilin toyuna 60 qonaq dəvət olunmuşdu. Onların arasında Sindi Krouford, Rendi Qerber, Bred Pitt və Ancelina Coli, Anna Vintur, Mett Deymon, Bono, Bill Mürrey, Emili Blant və Con Krasinski vardı.
 

Kluni və Əlamuddinin nikahını Romanın sabiq meri Uolter Veltroni rəsmiləşdirmişdi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.