Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şənbə günü toyları olmuş 53 yaşlı təzə bəylə 36 yaşlı gəlin Venesiyadakı Böyük Kanalda katerə əyləşərək gəzintiyə çıxıblar.
Kluni və Əlamuddin toylarının olduğu "Aman Canal Grande" otelini tərk edəndə onları reportyorların gözlədiklərini bilirdilər.
Xatırladaq ki, 53 yaşlı Hollivud ulduzu və 36 yaşlı vəkilin toyuna 60 qonaq dəvət olunmuşdu. Onların arasında Sindi Krouford, Rendi Qerber, Bred Pitt və Ancelina Coli, Anna Vintur, Mett Deymon, Bono, Bill Mürrey, Emili Blant və Con Krasinski vardı.
Kluni və Əlamuddinin nikahını Romanın sabiq meri Uolter Veltroni rəsmiləşdirmişdi.
Milli.Az









































































































