1990-cı illərin ən seksual filmləri - siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az axşam.az-a istinadən bildirir ki, Türkiyə mətbuatı həmin filmlərin siyahısını tərtib edib.
"Eyes Wide Shut" ("Geniş bağlanan gözlər") - Premyerası ilə rezonans yaradan film əfsanəvi rejissor Stenli Kubrikin sonunci işidir. Baş rollarda o vaxt evli olan Tom Kruz və Nikol Kidman ifa edib. Bu filmdən sonra cütlüyün boşanması həmişə ekran işinə olan marağı artırıb. Tom Kruz hələ də döyüş filmləri ilə kassa rekordları qırmaqdadır. Keçmiş həyat yoldaşı Kidman da həm şəxsi həyatında, həm də yaradıcılığında uğurludur.
"Color of night" ("Gecənin rəngi") - 1994-cü ildə çəkilən filmin qəhrəmanları bu gün Hollivudun ən önəmli ulduzlarından biri olan Brüs Uillis və Ceyn Marçdır. Març həmin ekran işinə 21 yaşında ikən çəkilib. 19 yaşında iştirak etdiyi "Sevgili" filmiylə şöhrət qazanan aktrisa, ilk dövrdə əldə etdiyi uğuru qoruyub saxlaya bilmədi.
"Basic instinct" ("Əsas instinkt") - Şeron Stouna dünya şöhrəti və küllü miqdarda pul qazandıran film 1992-ci ildə ərsəyə gəlib. O vaxt 30 yaşında olan Stounun filmdəki tərəf müqabili Maykl Duqlas olub. Aktrisa bu gün 60 yaşının astanasındadır. Maykl Duqlas isə artıq Hollivudun yaşlı nəsil aktyorlarından biri olaraq tanınır.
"Henri and June" ("Henri və Cun") - Dövrünün mübahisələrə səbəb olan filmlərindən biri sayılır, 1990-ci ildə çəkilib. Ekran əsəri 1930-cu illər Parisinin hekayəsini danışır. Aktyor heyətində, Mariya de Mederos, Uma Thurman, Fred Uard kimi məşhurlar yer alıb. Cəsarətli səhnələriylə yadda qalan filmin baş rol ifaçısı Mariya ekran işinə 25 yaşında çəkilib.
"Stealing beauty" ("Oğurlanmış gözəllik") - Məşhur Hollivud ulduzu Liv Taylerin kəşf edilməsinə kömək olan film 1996-cı ilin məhsuludur. Liv, Bertoluçinin rejissorluğu ilə ərsəyə gələn ekran işinə 19 yaşında çəkilib. Bu gün aktrisa hələ də yaradıcılığının zirvəsindədir.
"La Reine Margot" ("Kraliça Margo") - 1990-cı illərin ən seksual filmi olaraq qiymətləndirilən ekran işinin əsas qəhrəmanları İzabel Adcani və Vinsent Perez olub. Kraliçanı canlandıran Adcani o dövrdə 40 yaşında idi. Aktyorlar hələ də filmləriylə tamaşaçılarını sevindirməyə davam edirlər.
"Titanik" - "Oskar" rekordları qıran film 1997-ci ildə Ceyms Kameron tərəfindən çəkilib. Baş rollarını bu gün Hollivudun ən parlaq ulduzları sayılan Leonardo Di Kaprio və Keyt Uinslet oynayan film həmin illərə imza atıb.
"Pretty Woman" ("Gözəlçə") - Dramaturgiyası, aktyor oyunu və eləcə də musiqisi ilə dünya şöhrəti qazanan film 1990-cı ilin məhsuludur. Baş rolları ifa edən Culia Roberts və Riçard Gir bu gün də yaradıcılıqlarına davam edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
XƏBƏR LENTİ
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
-
Totti "Fənərbağça"a üçün İstanbula getdi
-
Natavan Həbibi tanınmaz halda (Foto)





