Facebook-da bu tələlərdən uzaq durun!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Facebook sosial şəbəkəsində xeyli sayda tələlər aşkar olunur.Sosial şəbəkədəki tələlərdən qorunmaq üçün bəzi xüsuslara diqqət yetirməlisiniz
Anspress-in məlumatına görə, hesabınıza istədiyiniz yerdən asanca və sərbəst daxil ola bilmək imkanı profilinizi təhlükəyə ata bilər. Facebook hesabınıza daxil olarkən diqqət yetirməyiniz lazım olan bir neçə əhəmiyyətli xüsusiyyət var. Bunlardan biri tanımadığınız, sizə kənardan gələn reklam və ya tətbiqlərdir. Facebook reklamlarına daxil olsanız bu, virus və xüsusi məlumatların ortaya çıxmasına səbəb olur.
Hakerlər hər zaman ən məşhur olan şeylərin boşluqlarından faydalanırlar. Son zamanlar Facebook "qarmaq" texnikasını istifadə edən spamların hədəfi halına gəlib. Bu hücum növünün tələsinə düşənlərin profilləri hakerlərin əlinə keçir. Bundan qorunmaq üçün həmin reklam və tətbiqləri açmayın və spam olaraq bildirin.
Az qala bütün veb saytları artıq Facebook və Twitter düymələrini istifadə edir. Səhifədəki Facebook əlaqəsi gerçəkdirsə, o zaman heç bir problem yoxdur. Lakin hakerlər gerçək paylaş düyməsinə bənzəyən bir düymə istifadə edərək sizi saxta bir sayta yönləndirir. Bununla da sizin şəxsi məlumatlarınızı oğurlayırlar. Bu tələdən qorunmaq üçün hər hansı bir veb saytını ziyarət etmədən əvvəl ayrı bir səhifədən Facebook-a daxil olun. Daha sonra yeni bir səhifədə bu veb saytlarını ziyarət edin. Bu yolla tələlərdən sığortalana bilərsiniz.
Təhlükəsizlik ilə bağlı risk yaradan digər bir sahə isə Facebook hesabınız ilə məlumat alış-verişi edə bilən tətbiqlərdir. Facebook-da xeyli sayda saxta tətbiqlər mövcuddur. Bundan qorunmaq üçün tətbiqi yükləmədən əvvəl mütləq digər istifadəçilər tərəfindən verilən şərhləri araşdırın.
Şifrə oğurluğuna ən çox səbəb olan hallardan biri də ortaq kompüterləri istifadə edərək Facebook-a giriş etməkdir. E-poçta ünvanınızı daxil etdiyiniz yerin altında olan "Məni girmiş saxla" düyməsini bir çox istifadəçi bilmir. Bu isə sosial şəbəkədə sizin təhlükəsizliyiniz üçün bəzi hallarda problem yaradır.
Bütün bu variantlar Facebook məlumatlarınızı oğurlamaq istəyən hakerlər tərəfindən tərəfindən tez-tez istifadə olunur. Bunun üçün hər zaman rəsmi Facebook səhifəsi vasitəsilə sosial şəbəkəyə daxil olun. Yalnız etibar etdiyiniz üçüncü növ tətbiqlərdən istifadə edin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





