M157 indeksli 5,5 litrlik tvin-turbo V8 mühərriki üçün "Carlsson" mühəndisləri CK63 texniki tüninq paketi düzəldiblər. EİB-na qoşulan xüsusi modulun köməyi ilə mühərrikin faydalı iş əmsalını 650 a.g. və 900 Nm-ə catdırmaq olar. Bu da seriya modelindən 106 a.g. və 150 Nm çoxdur.
Üçoxlu "Mercedes G63 AMG 6x6"-nın salonunu iki çalarlı yüksək keyfiyyətli dəri ilə işləyib karbon lifindən plankalarla bəzəyiblər. Bəzi yerlərdə alkantara və təbii ağac görmək olar. Daxili tüninqin başqa elementləri arasında - alüminium pedallar, işıq verən qapı qoymaları, zamşa və qoyun dərisindən yer xalıları və alüminium qapı dilləri var.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

