İdman

“Sabah” Bolqarıstanda məğlub oldu

8 Avqust 2025 00:24
Baxış: 397
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Sabah" III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı klubu səfərdə Bolqarıstanın "Levski" komandası ilə qarşılaşıb. Sofiyanın "Georgi Asparuxov" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün yeganə qolunu oyunun əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.