Fransada geniş istifadə edilən antidepressant "Ludiomil" dərmanının bəzi partiyalarında kanserogen maddə aşkar edildiyi üçün istehsalı tamamilə dayandırılıb və bazardan çıxarılıb.
Milli.Az xəbər verir ki, Fransanın Dərmanların Təhlükəsizliyi üzrə Milli Agentliyi (ANSM) 29 iyul 2025-ci il tarixində yayımladığı rəsmi açıqlamada bildirib ki, "Ludiomil" dərmanının bəzi partiyalarının tərkibində nitrozamin adlı kimyəvi maddə aşkarlanıb. Bu maddə Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (CIRC) tərəfindən "insanlar üçün ehtimal ki kanserogen" kimi qiymətləndirilir.
Agentlik dərmanı istifadə edən xəstələrə dərhal panikaya düşməməyi və müalicəni dayandırmazdan əvvəl həkimləri ilə məsləhətləşməyi tövsiyə edib. Alternativ olaraq amitriptilin (Laroksil) və ya mirtazapin (Norset) kimi digər antidepressantlara keçid tövsiyə olunur.
Hazırda Fransada bu dərmandan istifadə edən təxminən 5 min nəfər var və onların əksəriyyəti 60 yaşdan yuxarı şəxslərdir.
Fidan
Milli.Az