Carlsson Mercedes G63 AMG 6x6-nı tamamladı - FOTO
7 Avqust 2014 21:21
Milli.Az auto.az-a istinadən bildirir ki, dünyanın ən eksklüziv avtomobilərindən biri "Mercedes G63 AMG 6x6" məşhur tünerlər tərəfindən dəfələrlə tüninq olunub. Altıtəkərli avtombil üçün ən yaxşı tüninq-komplekt hazırlamaq müsabiqəsini "Carlsson" şirkəti davam etdirir. Hal-hazırda almanlar çox möhtəşəm avtomobil sahiblərinə güc aqreqatının apqreydini və interyerin fərdiləşdirilməsini təklif etməyə hazırdırlar. Məhz daxili bəzəyə böyük diqqət ayrılıb ki, bu da pikapı başqa avtomobillərdən fərqləndirir.
M157 indeksli 5,5 litrlik tvin-turbo V8 mühərriki üçün "Carlsson" mühəndisləri CK63 texniki tüninq paketi düzəldiblər. EİB-na qoşulan xüsusi modulun köməyi ilə mühərrikin faydalı iş əmsalını 650 a.g. və 900 Nm-ə catdırmaq olar. Bu da seriya modelindən 106 a.g. və 150 Nm çoxdur.
Üçoxlu "Mercedes G63 AMG 6x6"-nın salonunu iki çalarlı yüksək keyfiyyətli dəri ilə işləyib karbon lifindən plankalarla bəzəyiblər. Bəzi yerlərdə alkantara və təbii ağac görmək olar. Daxili tüninqin başqa elementləri arasında - alüminium pedallar, işıq verən qapı qoymaları, zamşa və qoyun dərisindən yer xalıları və alüminium qapı dilləri var.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

