Maraqlı

1 milyon dollarlıq Mercedes

2 İyul 2014 20:50
0 Şərh     Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Mercedes-Benz S-Class Pullman"-ın qiyməti təqribən bir milyon dollar olacaq. Bu qiymət alman şirkətinin yeniliyini dünyada ən bahalı sedan edəcək. "Bloomberg"-in verdiyi məlumata görə, avtomobilin təqdimat mərasimi gələn il keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, şirkətin təmsilçisi Diter Zetşe bildirib: - "Biz dünyada ən yaxşı avtomobil düzəltməyə hazırlaşırıq". Onun sözlərinə görə, sedanın cəmi 12 versiyası buraxılacaq. Avtomobil üç sıra oturacaq və zirehli ban əldə edəcək. Yeniliyin texniki xarakteristikaları gizli saxlanılır. Qeyri-rəsmi məlumata görə, alman mühəndisləri "Pullman"-ın kapotunun altına turboyükləyicili V12 mühərriki quraşdıracaqlar.

Yeni "S600 Pullman" genişlənən "S-Class" ailəsinə çox sayda edilən tamamlamalardan biri olacaq. Avtomobillərdən hər biri bir neçə variantda buraxılacaq. Birinci üçqapılı "Mercedes S-klass" olacaq ki, o da ABŞ-da 2014-cü ilin oktyabr ayında satışa çıxarılacaq. Yeniliyin qiyməti 172 min dollar olacaq. Qeyd edək ki, avtomobilin fənərlərinə 94 Svarovski kristalı quraşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.