Maraqlı

Çox nadir Mercedes-Benz -FOTOSESSİYA

5 İyun 2014 19:39
0 Şərh     Baxış: 1 634
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Deyilənlərə görə, Mercedes-Benz E-Class W210 (1997-2003) modelindən E55 AMG 4MATIC konfiqurasiyasında cəmi 15 nüsxə buraxılıb. Onlardan biri Vilner bolqar şirkətinin əlinə düşüb və tünerlər bu nadir "yeşka"nı misilsiz dərəcədə dəyişdiriblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, eksteryerinə əsasən onun digər "qardaşlarından" nə ilə fərqləndiyini ayırd etmək çətindir. Xarici dəyişikliklərə yeni təkərlər və şüşələrə ton verilməsi aiddir. Bununla belə, ən "dadlı" nə varsa, salondadır.

Avtomobilin sahibi geniş spektrdə iş sifariş edib və bolqar tünerlər qəhvəyi rəngin müxtəlif çalarlarlnda yüksək keyfiyyətli dəridən, alkantaradan və karbon taxmalardan istifadə ediblər. Nəticə doğrudan da adamı heyran edir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.