Maraqlı

Volvo-nun yeni konsepti - FOTO

23 Fevral 2014 14:00
0 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Volvo" şirkəti Genevrə avtosalonuna Concept Estate adlı yeni prototip gətirəcək. Avtomobilin şəkilləri plaşların və yağışdan qorunma örtüklərinin tikişiylə məşğul olan İsveçin Stutterheim firmasının saytında çıxıb. Firma konsept üçün su keçirməyən çexol hazırlayıb.

Şəkillərə əsasən yeni Volvo modeli "Shooting Brake" tipli kuzovu olan ikiqapılı avtomobildir. Daha əvvəllər bildirildiyi kimi prototipin xarici görünüşü şirkətin dizaynı üzrə vitse-prezidenti Tomas İnqenlat tərəfindən işlənib. O həmçinin Concept Coupe və XC Coupe konseptlərinin də müəllifidir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Volvo Concept Estate modeli SPA modul şassisində yığılacaq. Avtomobilin mühərrik bölməsində Drive-E ailəsindən dörd silindrli mühərrik yerləşəcək, ancaq bunun məhz hansı mühərrik olacağı hələ dəqiqləşdirilmir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.